Hİ-TECH SOLUTİONS 

Баку

Hİ-TECH SOLUTİONS 

2011-ci ildən fəaliyyət göstərən Hi-Tech Solutions şirkəti təhlükəsizlik və telekommunikasiya sahəsində ixtisaslaşmış peşəkar mütəxəssislər tərəfindən təsis edilmişdir. Şirkətimiz qısa vaxt ərzində sürətlə inkişaf etmiş və bir çox uğurlu layihələrə imza atmışdır. 

Artıq 5 ildir ki, təhlükəsizlik sistemlərini dəyərli müştərilərimizə təqdim etmək və sistemlərin quraşdırılmasını ən müasir şəkildə təmin etməkdən qürur duyuruq. Məqsədimiz müştəri məmnuniyyətini təmin edilməsi və bizə olan etimadını doğrultmaqdır. Fəaliyyətə başladığı gündən əsas işi təhlükəsizlik olan Hi-Tech Solutions şirkəti geniş seçim imkanları və yüksək xidmət keyfiyyəti ilə həm fiziki, həm də hüquqi şəxslərin seçimidir. 

Dünyanın hər bir yerindən izləyə biləcəyiniz müşahidə kamera sistemlərinin, müəssisələrdə, ofislərdə giriş-çıxışa nəzarət edən sistemlərin, biometrik keçid sistemlərinin, yollarda nəqliyyatın keçidinə nəzarət edən sistemlərin, qeyri qanuni daxil olma cəhdini aşkar edən signalizasiya sistemlərinin, yanğına qarşı signalizasiya sistemlərinin, domofonlar və.s elektron mühafizə sistemlərinin quraşdırılmasında işlərin ən yüksək peşəkarlıqla yerinə yetirilməsinə tam təminat veririk.