ООО KOROGLU

ООО KOROGLU

"Koroğlu" MMC Azərbaycan Respublikası ərazisində 1992-ci ildən yerli və xarici qənnadı məmulatlarının distributoru kimi fəaliyyətə başlayıb.

Ölkə daxili bazarında uzun müddət davamlı fəaliyyəti ilə seçilən, eləcə də yerli və xarici istehsal məhsullarını səmərəli surətdə paylaşdıraraq, müştərilərinin, həmkarlarının hörmət və etibarını qazanan "Koroğlu" MMC, bu gün regionda qənnadı məmulatları sahəsində məhsulların çeşid sayı üzrə ön sıralardadır.

Şirkət daxili bazarın və qənnadı sənayesinin məhsullarına tələbatı nəzərə alaraq, yüksək keyfiyyətli qənnadı məmulatlarının çeşidlərini maksimal dərəcədə artırmağa çalışır. Kompaniyanın marketinq siyasətinin başlıca məqsədi satış bazarının genişləndirilməsi, distributor şəbəkəsinin əhatə dairəsinin böyüməsi, həmçinin məhsulun istehlakçıya maksimum yaxınlığını təmin etməkdir. Bu hədəflər üzrə uğurlar isə kompaniyanın inkişaf etmiş texniki bazası, eləcə də ticarət sahəsində təcrübəli və peşəkar əməkdaşları sayəsində əldə edilir.

Dünya ölkələrinin bir çox nüfuzlu şirkətləri ilə "Koroğlu" MMC "Şirin", "Konti", "Akkond", "AVK", "Slavyanka", "Sladko", “Konfeşn”, “Şimşək” kimi istehsalçı məhsullarının satışını təşkil edir. Satışını təşkil etdikləri məhsullar sırasına konfetlər, karamellər, peçenye, vafli, konfetlər dəsti, şokolad plitkaları, batonlar, biskvitlər, ruletlər, kekslər və s. daxildir.

Компания не разместила информацию об открытых вакансиях.