Evro İnşaat 

Азербайджан

Evro İnşaat 

"EVRO İNŞAAT" Şirkəti 2005 - ci ildən Azərbaycanın tikinti sektorunda uğurla fəaliyyət göstərir. Şirkət  yüksək ixtisaslı və təcrübəli işçi heyyətinə arxalanaraq Bakı şəhərində və Azərbaycanın digər bölgələrində yüksək səviyyədə xidmət göstərir.

          Şirkətin bütün əməkdaşları göstərdiyi xidmət sahəsində keyfiyyət faktorunu üstün tutaraq onun imicini daha da  yüksəklərə qaldırmaq məqsədi ilə  yorulmadan çalışırlar.

          Ölkəmizin tikinti sektorunda çalışan əksər firma və təşkilatlar ictimai, sosial və mülki binaların tikilməsində və onların xarici görünüşünün (fasadlarının) üzlük tamamlama işlərində şirkətin xidmətlərindən geniş şəkildə istifadə edirlər.

          Şirkətin rəhbəri Cənab Bahadur Bəşirov daima araşdırmalar aparmaqla inkişaf etmiş xarici ölkələrdən ən yeni texnologiyaların

         Azərbaycana gətirilməsi və onlarin tətbiq olunması istiqamətində yorulmadan çalışır.

         Bu gün inkişaf etmiş Avropa ölkələrində və Türkiyə respublikasında ictimai, sosial və mülki binaların xarici görünüşündə (fasadında) üzlük tamamlama işlərində penoplast (penopolistirol) lövhələrdən geniş şəkildə istifadə olunur.

         Azərbaycanda bu yeni texnologiyanın ilk dəfə tətbiqinə məhz “EVRO İNŞAAT”  şirkəti başlamışdır.